"ABŞ öz qarşısına Asiyanı tabe etmək vəzifəsi qoyub" - Lavrov

24 Sentyabr 2022 22:27

"ABŞ öz qarşısına Asiyanı tabe etmək vəzifəsi qoyub".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib.

"Qərb hər yerdə blok qarşıdurması şəklində bölücü xətlər tətbiq edir: "ya bizimlə, ya da bizə qarşı". Üçüncü yol, güzəştlər yoxdur", - Lavrov qeyd edib.

Onun sözlərinə görə, NATO-nun şərqə doğru genişlənməsi, blokun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması ABŞ-ın strateji planlarını ortaya qoyur.

Milli.Az