Şəmkirdə 13 yaşlı uşağı elektrik cərəyanı vurub

24 Sentyabr 2022 21:06

Şəmkirdə 13 yaşlı oğlanı elektrik cərəyanı vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

2009-cü il təvəllüdlü Sərxan Allahverdiyev müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Milli.Az