Digahda yaşayış evində yanğın

24 Sentyabr 2022 20:31

Abşeron rayonunun Digah qəsəbəsində ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, dəhlizinin və dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Milli.Az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az