Bakıda ilk dəfə əfsanəvi «Yellow Jackets» caz-fusion-qrupunun konserti olacaq

24 Sentyabr 2022 14:47

Oktyabrın 31-i saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Premier LTD Art Management-in təşkilatçılığı ilə əfsanəvi Amerikan qrupu, iki nüfuzlu Grammy mükafatının laureatı, "Yellow Jackets" caz-fusion-qrupunun konserti olacaq.

Bu, 2005-ci ildən başlayaraq musiqi həvəskarlarını unikal musiqiçilərlə və onların təkrarolunmaz yaradıcılığı ilə tanış edən "Caz Ulduzları Bakida ilk dəfə" silsiləsindən növbəti Premier LTD layihəsidir. 

Onun 40 illik tarixi ərzində "Yellow Jackets" 25 albom yazdı, 17 Grammy nominasiyasını aldı, ikisini qazandı, saysız-hesabsız anşlaqla turlar oynadı və dünya səviyyəsində tənqidi bəyənmə və kommersiya uğuru qazandı. 

1970-ci illərin sonlarında gitaraçı Robben Ford üçün ehtiyat heyat kimi yaradılmış qrupun adı belə yox idi. Birlikdə 1980-ci ildə ilk albomlarını yazdırdılar.  Ancaq bu yazısından qısa müddət sonra Ford fərqli bir istiqamətinə getməyə qərar verdi və musiqiçilərindən sonra uzaqlaşdı. İllər ərzində Robbenin populyarlığı azalsa da, artıq "Yellow Jackets" kimi tanınan bir qrup inkişaf eləyirdi. Ən nüfuzlu və sevimli caz qruplarından biri olan müasir "Yellow Jackets" qrupu belə yarandı.

"Yellow Jackets" zamanla çoxsaylı heyat dəyişikliklərindən keçib. Lakin musiqi bacarığının qeyri-adi, yüksək keyfiyyəti dəyişməz olaraq qalırdı və bu, qrupu və onların yaradıcılığını tanıyanlar və qiymətləndirənlər üçün sürpriz deyildi.

"Yellow Jackets" Bakiya qrupun aparıcı fiqurlarının yer aldığı hazırki heyəti ilə gəlir:

Russell Ferrante - klaviş, sintezatorlar (1981 - bu günə qədər),

Bob Mintzer - saksafon, bas-klarnet, EWI (1991 - bu günə qədər),

William Kennedy - zərb alətləri, perkussiya (1987-1999, 2010 - bu günə qədər),

Dane Alderson - bas (2015- bu günə qədər).

"Yellow Jackets"  adına gəldikdə isə, təsadüfi olaraq seçilmiş ad uzun müddət qrupa baglandi  və ona uğurlar və dünyada layiqli populyarlıq gətirdi.

Biletləri Baki şəhərinin kassalarından və onlayn əldə etmək olar:  https://iticket.az/ru/events/concerts/yello-jackets-jazz-legend

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.Az