Müdafiə Nazirliyi daha bir AÇIQLAMA YAYDI

24 Sentyabr 2022 11:09

"Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur".

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib:

"Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır".

Milli.Az