Rusiya 300 mini toplaya bilməyəcək - Ekspert

24 Sentyabr 2022 13:58

Rusiya 300 min insanı səfərbər edə bilməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznev bildirib.

"Rusiya silahlı qüvvələrinin komissarlıqlarının işi bir qədər axsaqdır. Hərbi komissarlıqlar müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı nəzərdə tutulan planları yerinə yetirmir", - ekspert vurğulayıb.

Seleznev belə bir səfərbərlik sisteminin mövcudluğu şəraitində rusların Ukraynadakı müharibə üçün ən qısa zamanda kifayət qədər kadr toplaya biləcəyinə əmin deyil.

Eyni zamanda, o qeyd edib ki, Ukrayna Rusiya işğalçılarının sayındakı dəyişiklikləri nəzərdən qaçırmamalıdır, lakin ilk növbədə Ukrayna ordusunun döyüş qabiliyyətinin artırılmasına diqqət yetirməlidir.

Ekspert xatırladıb ki, Ukrayna hazırda tərəfdaşlardan çox təsirli silahlar alır.

Milli.Az