ABŞ: Putini ciddiyə alırıq, lakin tədbir görmürük!

24 Sentyabr 2022 15:07

ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı açıqlamalarına çox ciddi yanaşır, lakin öz nüvə qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasına ehtiyac görmür.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

"Biz, əlbəttə ki, bu təhdidləri çox ciddi qəbul edirik. Lakin hazırda öz nüvə hazırlığı səviyyəmizi dəyişmək üçün heç bir səbəb görmürük", - sözçü bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ərazi bütövlüyünə təhdid yaranacağı təqdirdə nüvə silahından istifadə ediləcəyini söyləmişdi.

Milli.Az