“İnstagram”da YENİLİK - Artıq 60 saniyə…

24 Sentyabr 2022 14:42

"İnstagram" sosial şəbəkəsi yeni funksiyaya start verib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

Bildirilib ki, "İnstagram" artıq 15 saniyədən uzun "hekayə"ləri ayırmayacaq.

Belə ki, sosial şəbəkə istifadəçiləri 60 saniyə müddətində videolarını da "hekayə" bölməsinə əlavə edə biləcəklər.

Qeyd edək ki, dəyişiklik bütün dünya üzrə tətbiq ediləcək.

Milli.Az