Şəfiqə Nağıyeva Elgizin verilişindən ayrıldı?

24 Sentyabr 2022 15:52

Uzun müddətdir Elgiz Əkbərin verilişində ekspertlik edən vəkil Şəfiqə Nağıyeva Tarix Əliyevin (Tolik) proqramına çıxıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Elgizlə izlə"nin dəyişməz siması bu dəfə "Ümid ilə gəl"də yer alıb.

İzləyicilər Nağıyevanın artıq Elgizin formatı dəyişən layihəsində olmayacağını düşünüblər.

Qeyd edək ki, daha əvvəl OLAY-da yayımlanan xəbərə görə, Elgiz yenidən evlilik verilişi aparacaq. O, proqramı yenə Pərvanə Tahirqızı ilə təqdim edəcək.

Milli.Az