Boşanmaq üçün efirə çıxan Cəmilənin bu görüntüləri gündəm oldu - VİDEO

23 Sentyabr 2022 22:14

Türkiyədə yayımlanan "Esra Erol'da" verilişində gərgin anlar yaşanıb.

Milli.Az qlobal.net-ə istinadən xəbər verir ki, proqrama gələn Cəmilə adlı xanım görücü üsulu ilə evləndirildiyi ərindən boşanmaq istədiyini bildirib. O, qayınanası və qayınatasının onu dəfələrlə evdən qovduğunu deyib.

Cəmilə əri ilə hər dəfə dava etdikdə ağlayaraq atası evinə göndərildiyini etiraf edib.

Sözügedən xanım studiyada olarkən qayınanası və qayınatası canlı efirə bağlanıblar. Onları monitorda görən Camilə əsəblərinə hakim ola bilməyərək, monitora hücum edib. Bundan sonra isə qayınanasının parodiya etməyə başlayıb.

Cəmilənin aqressiv halının görüntüləri sosial şəbəkələrdə yayılaraq hər kəsi təəccübləndirib.

Milli.Az