Son sutkada bu qədər vaksin vuruldu

23 Sentyabr 2022 16:38

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 709 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 131, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 364, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 57 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 884 943, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 380 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 628, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 376 822, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 335 nəfər təşkil edir.

Milli.Az