Yoluxanların sayı açıqlandı

23 Sentyabr 2022 16:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Milli.Az