Bakıda avtomobil piyadanı vurub

12 May 2010 09:17
Bu gecə Abşeron rayonu Mehdiabad-Pirşağı şossesində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində Rzayev Rəşad Sabir oğlu idarə etdiyi "Opel" markalı avtomobillə Mehdiabad qəsəbə sakini 1990-cı il təvəllüdlü Kərimzadə Rüstəm Rac oğlunu vurub.

Qəzadan sonra Rüstəm Kərimzadə təcili tibbi yardım maşını ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal həkimlərin nəzarəti altına götürülən xəstəyə lazımı tibbi yardım göstərildikdən sonra, o, sonrakı mualicəsini davam etdirməsi üçün palataya yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən sürücü Rəşad Rzayev saxlanılaraq polis idarəsinə gətirilib və onun ilkin izahatı alınıb.

Qəzanın hansı səbəbdən meydana gəldiyi ekspertlərin verəcəyi yekun rəydən sonra məlum olacaq.

/ANS TV/