Məşhur rus bloqer vətəndaşlıqdan imtina etdi

23 Sentyabr 2022 23:02

Jurnalist-bloqer Bozena Rynska Rusiya vətəndaşlığından imtina etmək qərarına gəldiyini açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat yayıb. O, bəzi çətinliklərlə üzləşdiyini də bildirib.

Bloqerin izah etdiyi kimi, vətəndaşlıqdan imtina etmək üçün o, vergi arayışı təqdim etməli olacaq. Lakin idarədən texniki səbəblərə görə sənədi verə bilmədiklərini bildiriblər.

Bundan əvvəl jurnalist mənzilini satıb. Rynska daşınmaz əmlak üçün təxminən 60 milyon rubl alıb.

Milli.Az