Fındıq biznesi üçün yeni problem – Qiymətlər düşür - VİDEO

23 Sentyabr 2022 15:02

Zaqatalada fındıq yığımı yekunlaşmaq üzrədir. Fermerlər məhsuldarlıq və qiymətlərin ürəkaçan olmadığını deyirlər. Emal müəssisələridən bildirilib ki, ötən il sentybarın 15-ə kimi 300 tona yaxın məhsul xaricə ixrac edilmişdi. Bu il isə hələ ki, heç bir müştəri ilə müqavilə imzalanmayıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,həm məhsuldarlığı, həm də qiyməti aşağıdır. Bu mövsüm fındığın ucuz olması zaqatalalı fermerlərin ümidlərini boşa çıxarıb.

Ötən ilin cari dövründə 4-5 manata satılan məhsulun qiyməti indi 2 manat 50 qəpikdən başlayır.

Sahələrdən toplanan məhsul emal müəsisələrinə təhvil verilir. Burada emal edildikdən sonra hazır ləpə xarici ölkələrə satılır. Bu il qiymətlərin ucuz olmasını mütəxəsislər dünyada hökm sürən iqtisadi böhran və Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.

Paytaxt bazarlarında isə fındığın 1 kiloqramı 5-6 manat arasında dəyişir.

Milli.Az