Ön partada oturanlar daha yaxşı təhsil alır? - VİDEO

23 Sentyabr 2022 18:36

Qızıl qədər dəyərli olan ön sıra. Hər dəfə tədris ili başlayanda ibtidai sinif şagirdlərinin valideyinləri istəyirlər ki, övladları ön partada  əyləşsinlər. Hətta sosial şəbəkələrdə "Valideyinlər qabaq partaları zəbt etdi", "qızım yenə ən arxada oturacaq" kimi şikayətlərə də rast gəlinir. Bu da təbii ki, birmənalı qarşılanmır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ibtidai sinif müəllimi Xəyalə Rüstəmzadə deyir ki, beləhallarla tez-tez rastlaşır. Ancaq bunu müəllimin diqqəti ilə əlaqələndirmək olmaz. O əksinə, müəllimin arxa partalarda oturanları daha yaxşı gördüyünü bildirir. Hər il vaxtaşırı keçirilən test imtahanlarının nəticələri də ön sırada oturmağın üstünlük olmadığını göstərir. Ona görə də, ilk növbədə ehtiyacı olan uşaqlar lövhəyə daha yaxın partalarda əyləşməlidirlər.

Klinik-psixoloq Nuriyyə Quliyevanın sözlərinə görə, valideyin övladını ön sırada əyləşdirərək həm təhsilinin, həm də təlim tərbiyəsinin daha yaxşı olacağını düşünür. Ancaq belə davranışlar digər şagirdlərdə psixoloji problemlər yarada bilər.

Bakı Şəhəri üzrə təhsil idarəsinin Təlimə dəstək mərkəzinin metodisti Çinarə Cəbrayılova isə bildirir ki, bu istiqamətdə müəllimlərlə maarifləndirici işlər aparlıb. 20 məktəbin inkişaf planında isə sözügedən məsələlər əks olunub. Onun sözlərinə görə, strukturu imkan verərsə sinifdə partaların müxtəlif düzülüş üsullarından istifadə edilə bilər.

Çinarə Cəbrayılovanın fikrincə, arxa sırada oturmağa maraq çox olduğu üçün  bu metod yuxarı siniflərdə daha uğurlu alınır.

Milli.Az