Rusiyadan Azərbaycana dollar çıxarılması cəhdlərinin qarşısı alınıb

23 Sentyabr 2022 13:49

Bu ilin əvvəlindən Ural Gömrük İdarəsi tərəfindən 573 gömrük qaydalarını pozma cəhdinin qarşısı alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qanun pozuntularının üçdə biri Avrasiya İqtisadi Birliyinin gömrük ərazisinə malların idxalına qoyulan qadağalara və məhdudiyyətlərə əməl edilməməsi (zavod qablaşdırması olmadan evdə hazırlanan məhsulların idxalı) ilə bağlıdır.

"Həmçinin turistlər valyutalarını yazılı şəkildə bəyan etməyi də unudurlar. Bu günə kimi 191 inzibati xəta işi tərtib edilib ki, bu da ötən illə müqayisədə 3 dəfə çoxdur. Ölkədən çıxarılan ən populyar valyuta ABŞ dollarıdır. Əsasən, pullar BƏƏ və Azərbaycana çıxarılır", - məlumatda bildirilir.

Milli.Az