Bakı Dövlət Sirkində bu dəfə “Fil və Dostları”

23 Sentyabr 2022 11:58

14 Oktyabr - Möhtəşəm Qayıdış ! Bakı Dövlət Sirki bu dəfə "Fil və Dostları" adlı beynəlxalq sirk proqramı ilə izləyicilərinin görüşünə tələsir. Sözü gedən proqramın təşkilatçısı dünya şöhrətli azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.

Bu proqramda fillər sözün əsl mənasında qeyri-mümkün olanları reallaşdırıb, balaca dostları ilə möhtəşəm bir şou yaradacaq. Bundan başqa, proqramda atlar, klounlar, illüziyanistlər, hava gimnastları və digər beynəlxalq sirk ustaları öz çıxışları ilə tamaşaçıları heyrətləndirəcək.

"Fil və dostları" adlı beynəlxalq sirk proqramı 2022-ci il 14 oktyabr tarixindən başlayaraq, 27 noyabradək davam edəcək.

Qeyd edək ki, biletləri şəhərin bütün kassalarından və İticket.az
(https://iticket.az/events/kids/international-circus-the-elephant-and-his-friends) saytından onlayn əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz: 055 959-12-12, 012 597-31- 81

Biletləri əldə etməyə tələsin!

Bakı Dövlət Sirki: 14.10.2022 - 27.11.2022, 12:00-19:00, 11 AZN - 27 AZN

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az