ƏDV üzrə geri qaytarmalar artırılacaq

23 Sentyabr 2022 11:40

Gələn ildən ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O qeyd edib ki, burada məqsəd nağdsız ödənişləri, istehlakçıları stimullaşdırmaqdır.

Milli.Az