Azərbaycanlı aparıcıya hücum etdilər - VİDEO

23 Sentyabr 2022 18:04

Aparıcı Rəqsanə İmirin başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. Video paylaşan aparıcı Hüseynova Fatimə adlı qadın tərəfindən təhqir olunduğunu və ona hücum etdiyini bildirib:

"Qarajda komendant mənə yer verib ki, avtomobilini saxla. Mən də maşınımı orada saxlayıram. Daha sonra mühafizə gəlir ki, ora başqasının yeridir, avtomobili çıxarmalısan. Aşağı düşürəm, bir qadın mənim şəxsiyyətimi, valideynlərimi təhqir edir. Bu bəs deyilmiş kimi, qolumu cırmaqlamağa, maşınıma vurmağa, təpik atmağa başlayır. Həyatımda eşitmədiyim təhqirlərlə üzləşirəm. Azərbaycan polisindən xahiş edirəm ki, müraciətimi qəbul etsinlər. Zəng edirəm, amma cavab verən yoxdur".

Milli.Az