Aİ Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar paketi hazırlayır - Borrel

23 Sentyabr 2022 09:19

Avropa İttifaqı, fiziki şəxslərə məhdudiyyətlər və əməkdaşlığın texnoloji hissəsinə yönəlmiş iqtisadi tədbirlər daxil olmaqla, Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər toplantısından sonra jurnalistlərə bildirib.

"[Avropa İttifaqı] Şurası ayrı-ayrı şəxslərə qarşı yeni sanksiyalar paketini araşdırır, indi onların adını çəkə bilmərəm, həmçinin Rusiya ilə münasibətlərimizin texnoloji hissəsinə yönəlmiş iqtisadi sanksiyaların tətbiqini araşdırır," - deyə o qeyd edib.

Milli.Az