Balinalar yelkənli qayığı deşib, sükanı sındırdılar - VİDEO

25 Sentyabr 2022 10:44

Üç qatil balina göyərtəsində insanların olduğu yelkənli yaxtaya çırpılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə İspaniyanın şimal-qərbindəki Fisterra bələdiyyəsinin sahillərində baş verib.

Qayığa hücum edən heyvanlar onun sükanını sıradan çıxarıblar.

Ekipaj üzvləri hadisəni videoya çəkib. Sükan sındığı üçün yaxta idarəolunmaz hala gəlib.

SOS çağırışından sonra insanlar xilas edilib və gəmi yedəklə İspaniyanın Muros şəhərinə aparılıb.

Qeyd edək ki, 2020-ci ildən İspaniya və Portuqaliyanın Atlantik okeanı sahillərində qatil balina gəmilərə hücumları mütəmadi hal alıb.

Milli.Az