Bakıda qəssab dükanında bıçaqlanıb

23 Sentyabr 2022 08:54

Bakının Binəqədi rayonunda qəssab naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Vasif Abbas oğlu işlətdiyi ət dükanında naməlum şəraitdə qarnın ön divarından bıçaq xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az