Təqaüdçünün meyitini altı ay eyvanda saxladı

23 Sentyabr 2022 17:08

45 yaşlı Moskva sakini 88 yaşlı təqaüdçünün cəsədini təxminən 6 aya yaxındır ki, Anqarskaya küçəsindəki mənzilin eyvanında saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, kişi on ilə yaxındır ki, mərhumla bir yerdə yaşayıb. Təxminən 5 ay əvvəl qadın vəfat edib. Kişi onun meyitini eyvana apararaq xalçaya büküb və bağlamaya qoyub.

Cəsəd bütün bu müddət ərzində orada qalıb.

Müstəntiqlər cəsəd üzərində zorakılıq izləri aşkar etməyiblər. Meyiti gizlədən şəxs həbs edilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını öyrənir, məhkəmə-tibb ekspertləri isə yaşlı qadının ölümünün dəqiq səbəbini müəyyənləşdirirlər.

Milli.Az