Kişi qəzada xəsarət alıb

23 Sentyabr 2022 08:49

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, rayonun mərkəzi hissəsində avtomobil yolu keçən 1967-ci il təvəllüdlü Süleymanov Azər Fərrux oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək, qapalı kəllə-beyin travması, baş-beyin əziyi və qabırğaların sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az