Bakı sakini bıçaqlanıb

23 Sentyabr 2022 08:29

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Manafov Qalib Kərim oğlu mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az