Bakıda 34 yaşlı kişi bıçaqlanıb

23 Sentyabr 2022 08:09

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, Binə qəsəbəsində 1988-ci il təvəllüdlü Manafov Qalib Kərim oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az