Bakıda qadını avtomobil vurub

23 Sentyabr 2022 08:02

Bakının Sabunçu rayonunda bir nəfəri avtomobil vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1953-cü il təvəllüdlü Hüseynova Səyyarə Sarı qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az