Bakıda iki qardaş bıçaqlanıb

23 Sentyabr 2022 07:21

Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, dava zamanı 1982-ci il təvəllüdlü Mirzəyev Emin Möhtərəm oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Mirzəyev Ramin Möhtərəm oğlu üz və bədən nahiyyəsindən bıçaqlanıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəainin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az