Ukrayna bu Afrika ölkələrinə 50 min ton buğda göndərir

22 Sentyabr 2022 22:21

Ukrayna ərzaq böhranı ilə mübarizə aparan Şərqi Afrika ölkələrinə buğda göndərdiyini bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Ukrayna Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramına (WFP) dəstək məqsədilə Efiopiya və Somali də daxil olmaqla bəzi ölkələrə 120 min ton buğda göndərildiyi paylaşılıb.

Məlumatda 50 min ton buğdanın Somali və Efiopiyaya çatacağı bildirilib.

Qeyd olunub ki, yardım sözügedən ölkələrdə humanitar böhranla mübarizəyə dəstək məqsədilə edilib.

Milli.Az