"Günortadan sonra xəyanət edirdim"

22 Sentyabr 2022 21:42

Son vaxtlar açıqlamaları və TikTok fəaliyyəti ilə müzakirə yaradan Mehmet Ali Erbil yenidən gündəm olub

Buket Aydının "Yüz-yüze" proqramına qonaq olan Erbil ad çəkmədən bir həyat yoldaşı barədə etiraf edib.

"Yoldaşıma çox aşiq idim. Gecə yuxumda ayrıldığımızı görürdüm. Ağlayaraq oyanıb, onu qucaqlayırdım. Günortadan sonra isə gedib ona xəyanət edirdim", - deyə, Mehmet qeyd edib.

Xatırladaq ki, aparıcı indiyə qədər 5 dəfə evlilik həyatı yaşayıb. Hazırda isə özündən 40 yaş kiçik Melike Çamlıoğlu ilə sevgilidir.

Milli.Az