Millimizin yer aldığı qrupda lider müəyyənləşdi

22 Sentyabr 2022 21:36

Millətlər Liqasında 5-ci turun oyunları keçirilir.

Millimizin yer aldığı C liqasının 3-cü qrupunda Qazaxıstan Belarusu qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 13-ə çatdıran Qazaxıstan millisi sonuncu turun nəticəsindən asılı olmayaraq qrup liderliyini təmin edib. Komanda növbəti mövsümdə B Liqasında mübarizə aparacaq. 

Qeyd edək ki, qrupun digər oyununda bu gün millimiz Slovakiyanın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qazaxıstan - Belarus - 2:1

Qollar: Qabuşev, 29 (1:0), Savitski, 45+3, Zeynutdinov, 79

22:45. Slovakiya - Azərbaycan

 

1

Qazaxıstan

5

6

1

0

8

3

+5

13

2

Slovakiya

4

2

0

2

3

3

0

6

3

Azərbaycan

4

1

1

2

2

3

-1

4

4

Belarus

5

0

2

3

2

6

-4

2

Milli.Az