Azərbaycan 5 il ərzində Avropaya təbii qaz tədarükünü iki dəfə artıracaq

22 Sentyabr 2022 13:33

Azərbaycan 5 il ərzində Avropaya təbii qaz tədarükünü iki dəfə artırmaq istəyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rumıniyada "5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı" beynəlxalq tədbirində deyib.

Nazir bildirib ki, Azərbaycan 2 ildən az müddətdə Avropaya 16 milyard kubmetr qaz tədarük edib.

Avropa İttifaqına üzv və qonşu ölkələrin nazirlərinin və neft-qaz şirkətlərinin nümayəndələrinin iştirak etdyi konfransda P.Şahbazovun ikitərəfli görüşlər keçirilməsi də nəzərdə tutulur.

Milli.Az