Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir?

22 Sentyabr 2022 16:25

Bir müddətdir ki, bulvar ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçə atraksion sökülüb.

Bir neçə ay əvvəl Dənizkənarı Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva Trend-ə bildirmişdi ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün ərazidən götürülüb.

Amma hələ ki köhnələrinin yerinə yeniləri gözə dəymir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən K.İmamverdiyeva bu dəfə bildirib ki, yeni atraksionların quraşdırılması üçün iş gedir:

"Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır və layihə üzərində işlər gedir", - deyə K.İmamverdiyeva əlavə edib.

Milli.Az