"Pandemiyanın sonuna doğru gedirik" - Nazir

22 Sentyabr 2022 11:47

Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var. Bu günə qədər peyvənd olmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir Azərbaycanda pandemiya ilə bağlı vəziyyəti də açıqlayıb.

"Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonunun yaxınlaşması ilə bağlı ümid olduğunu bildirib. Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm",- deyə T.Musayev əlavə edib.

Milli.Az