Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal istifadəyə verilib

22 Sentyabr 2022 11:28

Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal istifadəyə verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisinin açılış mərasimi zamanı deyib.

"Müalicə üçün ölkəmizi seçən şəxslər portal üzərindən xəstəxana və həkim seçimini edə biləcəklər", - deyə nazir əlavə edib.

Milli.Az