Mark Zukerberqin üçüncü qızı olacaq

22 Sentyabr 2022 15:52

"Meta" şirkətinin rəhbəri Mark Zukerberqin üçüncü övladı olacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Mark özü sosial şəbəkədə yazıb. O, "Gələn il Maks və Avqustun kiçik bacısı olacağını bildirməyə şadıq" deyə, o, bildirib.

Qeyd edək ki, Zukerberq və Pristilla Çan 2003-cü ildə tanış olub, 9 il sonra ailə qurub.

Milli.Az