Yunan keşiş: Tükiyə girsə, daş-daş üstə qoymayacaq!

23 Sentyabr 2022 00:31

Türklər Yunanıstana girərsə, bizi parça-parça edər, daş üstündə daş qoymazlar. Yunanıstan əsla Türkiyəyə müqavimət göstərə bilməz.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Yunanıstanda mitinqdə çıxış edən rahib baş nazir Kiriakos Miçotakisə müraciətində deyib.

O bildirib ki, ABŞ iki ölkə arasında münaqişə yaratmaq istəyir:

"Keçmiş Türkiyə yoxdur. İnanın, Afinaya qədər gələrlər. Miçotakisə xəbərdarlıq edirik. Buranın ən böyük kilsəsini məscidə çevirərlər. Daha əvvəl Aya Sofyanı etdikləri kimi... Röyadan oyanın. Afinanın yerində qalması üçün lazımdırsa, 12 adanı da verək. Yetər ki, ölkəmizdən uzaq dursunlar".

Milli.Az