Goranboyda məktəbli müəmmalı şəkildə öldü

22 Sentyabr 2022 10:21

Goranboy rayonunda 12 yaşlı uşaq yaşadığı evdə ölüb

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Aşağı Ağcakənd kəndində 2010-cu il təvəllüdlü Mustafayev Taleh Mustafa oğlu vəfat edib.

Orta məktəbin 6-cı sinif şagirdi olan 12 yaşlı Talehin hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az