Ərini öldürüb uşaqlarına yedizdirdi - TÜKÜRPƏDƏN CİNAYƏT

23 Sentyabr 2022 02:48

Avstraliyada bir qadının törətdiyi cinayətlər eşidənləri şoka salıb.

lMilli.Az lent.az-a istinadla bildirir ki, Katerin Knayt adlı qadın evliliyə qədər heç bir problem yaşamayıb. Evlənən gecə isə onunla sadəcə 3 dəfə sevişdiyi üçün ərini boğub. Uzun müddət mübahisələr və davalardan sonra cütlük ayrılıb. Bundan sonra Katerin başqa biri ilə ailə həyatı qurub. Bu evlilikdən qadının uşağı doğulur və ana övladını qəbul etmir. Belə ki, Katerin uşağı aparıb qatar relsinə qoyur. Lakin ətrafdakılar uşağı xilas edə bilirlər.

Ancaq Katerinin cinayətləri bununla bitmir.

Qadın bir gün əlində balta küçədə insanlara hücum edir. Bir qadının isə  üzünə xəsarət yetirir. Bundan sonra o, polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilir.

Həbsdən sonra isə Katerin Con Prays adlı biri ilə tanış olur və onunla ailə qurur. Con Prays Katerini normal vəziyyətə gətirəcəyinə söz verir. Ancaq ər arvadının düzəlmədiyini görür, üstəlik mütəmadi dava-dalaşlara görə cütlü ayrılır. Katerin isə bunun heyfini çıxmağa çalışır.

O, yenidən Con Praysın qəlbini qazanır. Prays yatdığı vaxt bıçaqla ona hücum edir və çoxsaylı xəsarətlər yetirir. Hadisə yerinə polis əməkdaşları cəlb olunur. Məlum olur ki, qadın ərini öldürdükdən sonra dərisini soyub və ətindən yemək bişirərək boşqablara yığıb. Həmin "yeməy"i isə övladlarına yedirib.

Bütün bu cinayətlərinə görə, məhkəmə Katerin Knayta ömürlük həbs cəzası verib. Hazırda o, cəzaçəkmə müəssisəsindədir.

Milli.Az