"Qadın, bu həyatda nələr çəkdin" - Aygün Kazımova

22 Sentyabr 2022 12:34

Xalq artisti Aygün Kazımova da İranda sentyabrın 16-sı əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Məhsanın fotosunu yayımlayaraq, "Tənha qadın" mahnısında yer alan sözləri qeyd edib:

"Qadın... Söylə görüm, bu həyatda nələr çəkdin, nələr gördün...".

Milli.Az