11 illik münasibət bitdi, boşanırlar

22 Sentyabr 2022 13:29

Məşhur "Imagine Dragons" qrupunun solisti Den Reynolds 11 illik müğənni həyat yoldaşı Eycey Volkmandan boşanır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə tvitter səhifəsində məlumat verib:

"Birlikdə yaşadığımız gözəl illərdən sonra Eycey ilə yollarımızı ayırdığımızı təəssüflə elan edirəm. Uşaqlarımız üçün yaxşı valideyn olmaq bizim əsas prioritetimizdir. Bütün bu illər ərzində bizi hər zaman sevgi və qayğı ilə dəstəklədiyiniz üçün təşəkkür edirik".

Qeyd edək ki, cütlük 2018-ci ildə də boşanma haqda qərar almışdılar. Lakin bir müddət sonra münasibətlərindəki soyuqluğu bərpa etdiklərini açıqlamışdılar. Onların bu evlilikdən 4 övladı var.

Milli.Az