Wikipedia "Google" xəritələrindən imtina etdi

8 Aprel 2012 12:29
Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, imtina "Google"un "Xəritələr" funksiyasından istifadə edən resurslardan pul almaq planları ilə bağlıdır.

Əgər hansısa saytda "Xəritələr"in yüklənməsi gündə 25 mindən artıq olarsa, normadan artıq hər 1000 yüklənmə üçün 4-10 dollar ödənməlidir.
Bir qədər əvvəl "Google" xəritələrindən imtina edərək "OpenStreetMap"a keçənlər arasında "Apple" və "Foursquare" sosial şəbəkəsi də var.

"OpenStreetMap" və ya OSM qeyri-kommersiya kartoqrafik layihəsidir.
Xəritələr "Creative Commons" lisenziyası ilə yayılır.

Milli.Az