Rusiyalı tanınmış aparıcı təhlükəli dırmanışdan sonra xəstəxanaya yerləşdirilib - VİDEO - FOTO

22 Sentyabr 2022 18:28

Rusiyalı tanınmış model və aparıcı Viktoriya Bonya Himalay dağlarında Manaslu zirvəsinə dırmanışdan sonra xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bloqer özünün "Instagram" hesabında məlumat verib.

"Ağciyərlərin rentgeni üçün Katmanduya yollandım. Kəskin öskürəyə görə məni müayinə üçün xəstəxanaya göndərdilər...", - deyə bildirən model Nepalın paytaxtındakı xəstəxanadan şəkil paylaşıb.

Milli.Az