Bayden taxıl müqaviləsinin müddətini uzatmağa çağırıb

22 Sentyabr 2022 08:29

ABŞ Prezidenti Cozef Bayden BMT tribunasından Qara dəniz vasitəsilə Ukraynadan ərzaq ixracına dair taxıl müqaviləsinin müddətini uzatmağa çağırıb.

O, bütün ölkələri ixracı məhdudlaşdırmamağa və həddindən artıq taxıl ehtiyatı yaratmamağa çağırıb.

Ağ Evin rəhbəri həmçinin bildirib ki, sanksiyalar Rusiyanın ərzaq və gübrələrinin tədarükünə mane olmur.

Milli.Az