Medvedçuk Rusiyaya təhvil verildi

22 Sentyabr 2022 08:44

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın "Azov" alayının döyüşçüləri azad edilib.

Mübadilə çərçivəsində keçmiş xalq deputatı, "Müxalifət Platforması - Həyat naminə" birliyinin liderlərindən biri Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib.

Milli.Az