AEBA-nın rəhbəri Ukraynaya səfər edəcək

22 Sentyabr 2022 08:10

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Rafael Qrossi yaxın günlərdə Ukraynaya səfər edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qrossi BMT-nin sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.

"Yaxın günlərdə Ukraynaya səfərə getməyi planlaşdırıram. Ola bilsin ki, ardınca Rusiyaya da getdim" - deyə Qrossi bildirib.

Milli.Az