Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

22 Sentyabr 2022 08:28

Beynəlxalq Cüdo Federasiyasının icraiyyə komitəsi Rusiyanı yarışdan kənarlaşdırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, müvafiq qərar qurumun saytında dərc olunub.

Diskalifikasiya yanvar ayınadək davam edəcək. Federasiya bildirir ki, bu addımı idmançıların tıəhlükəsizliyi üçün atıb. Qərar belaruslu idmançılara da şamil edilir.

Milli.Az