G7 XİN rəhbərlərinin görüşünün yeri və tarixi açıqlanıb

22 Sentyabr 2022 08:53

G7 ölkələrinin xarici işlər nazirlərinin Yaponiyanın bu təşkilatda sədrliyi altında görüşü gələn il aprelin 16-18-də keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi deyib.

Görüşün Tokiodan yüksəksürətli qatarla təxminən bir saatlıq məsafədə, Naqano prefekturasının dağlarında yerləşən Karuizava şəhərində keçirilməsi planlaşdırılır. Gözlənildiyi kimi, gündəliyin əsas bəndləri Ukrayna ətrafındakı vəziyyət və Asiya-Sakit okean regionunda Çinin mövqelərinin möhkəmlənməsi olacaq.

Qeyd edək ki, 2023-cü ildə G7-yə sədrlik Yaponiyaya keçir.

Milli.Az