Ukraynadakı vəziyyətdən hələ də yeganə çıxış yolu diplomatiyadır - Çavuşoğlu

22 Sentyabr 2022 08:43

Ukraynadakı vəziyyətdən hələ də yeganə çıxış yolu diplomatiyadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri qeyd edib ki, müharibənin ilk günlərində tərəflər razılığa daha yaxın idilər və mart ayında İstanbulda keçirilən görüşdə hətta bir sıra sənədlər mübadiləsi apardılar.

"Bu gün yerlərdə vəziyyət tamam başqadır. Müharibə nə qədər uzun sürərsə, həll yolu tapmaq bir o qədər çətindir. Diplomatiya və dialoq mövcud vəziyyətdən hələ də yeganə çıxış yoludur", - deyə M.Çavuşoğlu bildirib.

O xatırladıb ki, Ankara daha əvvəl Ukrayna ilə bağlı vasitəçilik səylərinə görə bir sıra ölkələr tərəfindən tənqid olunub.

"Lakin bu gün əksəriyyət, xüsusən də ukraynalılar razılaşır ki, müharibənin uzadılması bütün tərəflərə zərər verəcək", - deyə XİN rəhbəri əlavə edib.

Milli.Az